28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: "Məcburiyyətdən buna əl atdıq"

"İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, matçın maraqlı və gərgin alındığını söyləyib: "İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı. Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. "Neftçi" bura iddialı gəlmişdi".

Sadıqov meydana 4 müdafiəçi çıxdıqlarını bildirib: "Rəqibin 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Amma heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik. Bu gün 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə, Hacıağa Hacılı bir qədər arxa xəttə yaxın oynayırdı. Mənə görə, 5-li müdafiə sistemini ən yaxşı Antonio Konte oynadır. Bütün sistemlərə yaxından bələd olmağa çalışıram. İstənilən halda qarşındakı rəqibi nəzərə almalısan. Bugünkü oyun üslubu sevdiyim sistem deyil. Məcburiyyətdən buna əl atdıq".

Baş məşqçi 77-ci dəqiqədə zədələnən Davit Volkovun durumunun ciddi olduğunu vurğulayıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31