20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"nin Ronaldosu yoxdu"

"Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Belə qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik. Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir: "Həddindən çox əsəbiyəm. "Zirə" çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm".

Abasovun sözlərinə görə, futbolçularına oyuna sakit başlamaq tapşırığı vermişdi: "Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər. Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. "Qəbələ" ilə matçda da belə oldu. Bizim Messi və Ronaldomuz yoxdur. Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasını bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq. Oyun zamanı reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimizi məhdud çərçivə içindədir. Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Əhməd Əhmədov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ 2-ci oyunu idi" (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30