18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Oyunumuzdan razı qalmadım”

“Rəqib bizdən daha istəkli idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-cı turunda səfərdə "Qəbələ" yə 0:1 hesabı ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O deyib ki, Qəbələ səfəri həmişə ağır keçib: “Bizi nə gözlədiyini bilirdik. Futbolçularımızı da bu oyuna hazırlamışdıq. Ancaq “Qəbələ” bizdən daha istəkli görünürdü. Düzdür, bəlkə də bu oyunun taleyini bir qol həll edə bilərdi. Oyunumuzdan razı qalmadım. Biz bunun üzərində işləməliyik ki, növbəti oyunda yaxşı çıxış edək. Turlar azaldıqca çempionat daha da gərginləşir, hər xalın öz dəyəri var. Məğlub olduq, “Qəbələ”ni təbrik edirəm.

- Bu gün hücumda həmişə gördüyümüz aqressivlik çatışmırdı. Bunu nə ilə izah edərdiniz?

- Hücumdan biz də narazı qaldıq. “Qəbələ”də olan o istək və aqressiya bizdən üstün idi. Əlbəttə, “Qəbələ” kimi komanda ilə səfərdə çox epizoda da girə bilmirsən. Amma epizodlarımız oldu.

- Hər iki tərəf hakimə etirazlar edirdi...

- Biz birinci hissənin ortalarına qədər hakimlikdən narazı deyildik. Yaranan səs-küy bizim komandaya aid deyildi. Sonlarda isə rəqibin bir qədər oyun gecikdirməyinə narazılığımız oldu. Ümumi götürsək, hakimlik normal idi, böyük bir səhv olmadı.

- Ötən tur "Qarabağ"dan xal aldınız. Ola bilər ki, futbolçular eyforiyaya qapıldılar?

- Yox, “Sumqayıt” elə komandadır ki, həm gənclər çoxdur, həm təcrübəlilər var. Yəni biz bilirik ki, əgər yuxarı pillələrdə qalmaq istəyiriksə, indidən nəticə çıxarıb arxayınlaşmaq bizə baha başa gələ bilər. Bu gün sadəcə Qəbələ səfərində istədiyimiz aktivliyi, aqressiyanı göstərə bilmədik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30