24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” - “Sumqayıt”: 35-ci duel

Azərbaycan Premyer Liqasında XVII turunda “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 35-ci duel olacaq. Bunadək rəqiblər 34 dəfə qarşılaşıb. Hesabında 20 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqi də “Qəbələ”nin üstünlüyünü əks etdirir - 56:25. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə fərqlənib. Son iki görüşdə “qırmızı-qaralar”ın qollarına Rafael Utriq imza atıb.

“Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə 33 dəfə Premyer Liqa, 1 dəfə Azərbaycan kubokunda görüşüb. Çempionatda 19 qələbəsi olan “Qəbələ” 10 heç-heçə edib və 4 dəfə məğlub olub. “Qırmızı-qaralar” 55 qol vurub, 25-ni buraxıb.

Öz meydanında 18-ci dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 32 top vuran  “Qəbələ” 10 qol buraxıb.

Xatırladaq ki, “Qəbələ”  - “Sumqayıt” matçı saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30