23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Banişevski dedi ki, mənim kimi futbolçular orada çoxdu, amma “Neftçi”də mən təkəm”

“Anatoliylə çox yaxşı münasibətimiz var idi. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov deyib.

PFL-in Feysbuk səhifəsinə danışan Həsənov Banişevskinin “Neftçi”yə sadiqliyini vurğulayıb: “Bir dəfə yemək yeyəndə ondan soruşdum ki, “Tolik, səni SSSR-nin ən yaxşı komandaları öz heyətində görmək istəyir. Niyə getmirsən?” O isə cavabında dedi ki, “mənim kimi futbolçular orada çoxdu, amma burada mən təkəm. “Neftçi” mənim üçün doğma komandadır. Həm də Bakısız qala bilmərəm”. Vətəninə bağlı insan idi. ğ

Gözəl yumor hissi var idi. Rafiq Əlizadə (“Neftçi”nin hücumçusu) ilə tez-tez zarafat edərdi. Zarafatla ona deyirdi ki, “Rafiq sən necə hücumçusan? 15 ilə 4-5 qol vurmusan”. Rafiq də gülərək cavab verirdi: “Nə olsun az qol vurmuşam, əsas odur ki, 50 dəfə penalti qazanmışam. Sən də qazandığım bütün penaltiləri qola çevirib “Fedotov klubu”na (karyerası ərzində minimum 100 qol vurmuş Sovet və rus futbolçuların qeydə alındığı siyahı) düşmüsən”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30