29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hakimlərin qiymətləri qaldırdı

Futbol üzrə Azərbaycan çempionatlarında hakim idarəçiliklərinin qiymətləndirmə sistemi dəyişdirilib. Bu haqda Lent.az-a Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov məlumat verib.
 
Onun sözlərinə görə, dəyişiklik FİFA və UEFA-nın təlimatları əsasında aparılıb. Cabbarov bu yaxınlarda AFFA-da keçirilmiş seminarda Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I Divizionun oyunlarına təyinat alan 55 hakim-inspektorun yeniliklər barədə məlumatlandırıldığını açıqlayıb: “Əvvəllər 8,1-dən yuxarı qiymət alan hakimlərin işi çox yaxşı sayılırdı. Amma indi 8,3 – 8,4 bal normal qiymət sayılır. 8,5 baldan yuxarı isə çox yaxşı qiymət hesab olunacaq”.
 
Lakin Cabbarov hakimlərin işi barədə rəyin hakim-inspektorların qiymətləri əsasında formalaşdırılacağını təsdiqləməyib: “Bu məsələ AFFA Hakimlər Komitəsinin səlahiyyətindədir. Hər ikimiz ayrıca komitəyik və hərəmiz öz işimizi görürük”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31