19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Emin Mahmudov: "Bütün hirsimi bu zərbəyə qoymuşdum"

"Neftçi”nin kapitanı Emin Mahmudov "Qəbələ” ilə oyun haqda danışıb.

Futbolxeber.az-ın məlumatına görə, 90+4-cü dəqiqədə rəqib qapısından qələbə topunu keçirən futbolçu təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

"Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmirdik, çox top itirirdik. Düzdür, qalib gəldik, amma bundan çox yaxşı oynamalıyıq. Çünki hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, "Qarabağ” üzərində qələbədən sonra "Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.

Cəza və zədə səbəbindən "Qəbələ” ilə matçı buraxan futbolçuların yoxluğunun hiss olunduğunu deyən Mahmudov qələbə qoluna da münasibət bildirib: "Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu, amma bu, bizim üçün bəhanə olmayacaqdı. Hər bir komandanın heyətində itkilər olur, buna görə də nəyin bahasına olursa olsun, qələbə qazanmaq lazımdır. Həm də heç kim zəmanət verə bilməzdi ki, həmin futbolçular meydanda olsaydılar, biz qalib gələcəkdik. Çünki futbol komanda oyunudur. Son dəqiqədə vurduğum qola gəlincə, bütün hirsimi bu zərbəyə qoymuşdum”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30