24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Samir Abasov: “Rəqiblərimizlə görüşdə sevinən tərəf "Qələbə" olsun”

"Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu, bizi çətin duruma saldı. Buna baxmayaraq oyunda qalib gəldik. 3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Gələcək oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XVI turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, "Qarabağ"ın xal itirməsi onların oyununa təsir etməyib: “Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda həddindən artıq çətin durumda idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi".

Abasov həmkarı Elmar Baxşıyevin fikirləri ilə razılaşdığını vurğulayıb: "Mən həmkarımla razıyam. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. Ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qələbə" olsun".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30