19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sənan Qurbanov: “Həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadıq”

"Həftə ərzində futbolçularımıza "Zirə"yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqibin intizamlı komanda olduğunu bildirib: "Bu cür kollektivə qarşı oynamaq asan deyil. Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha da aqressivləşdi və adi səhv qapımızda qolla nəticələndi. Bugünkü istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək".

Baş məşqçinin sözlərinə görə, komandanın uzun müddət pressinq edə bilməsi üçün güc lazımdır: "Futbolçuları buna hazırlamağa çalışırıq. Bu, yalnız optimal formamıza çatdıqdan sonra mümkün olacaq".

Qurbanov həm ötən turda "Qəbələ"yə məğlubiyyətə, həm də bugünkü xal itkisinə görə məsuliyyətini üzərinə götürdüyünü söyləyib: "Çünki baş məşqçi mənəm, futbolçuları meydana mən buraxıram. Nəticəyə görə də mən cavabdehəm” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30