19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qarabağ" mövsümün əvvəlindən əsasnaməni pozur

AFFA İNTİZAM KOMİTƏSİ MATİÇİN FORMASINA GÖRƏ AĞDAM KLUBUNU CƏZALANDIRMALIDIR

“Qarabağ” Azərbaycan Premyer Liqasının əsasnaməsini pozub.

Futbolxeber.az saytının məlumatına görə, əsasnaməsədə qeyd olunur ki, Azərbaycan Premyer Liqasının oyunları çərçivəsində meydana çıxan futbolçular ad, soyad və ya nikneymdən (təxəllüs) istifadə edə bilərlər və bu, Azərbaycan əlifbası ilə yazılmalıdır. Ağdam klubunun üzvü Uroş Matiçin formasında yer alan sonuncu hərf isə Azərbaycan əlifbasında yoxdur.

 

Нет описания.

 

Bu isə o deməkdir ki, “Qarabağ” artıq 15 turdur əsasnaməni pozur. Qəribədir ki, Matiç mövsümün əvvəlindən meydana bu cür formada çıxsa da, geridə qalan müddətdə futbolçunun ilə bağlı hər hansı cəza tədbiri görülməyib. Halbuki əsasnamənin pozulması faktı açıq-aşkar ortadadır.

 

Нет описания.

 

Məsələ ilə bağlı Futbolxeber.az saytına açıqlama verən Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev yalnız əsasnamənin tələbini qeyd etməklə kifayətlənib: “Əsasnaməyə görə, futbolçuların üzərində ad, soyad, yaxud ləqəbləri yazıla bilər və bunlar Azərbaycan əlifbası ilə yazılmalıdır. Digər məsələlərlə bağlı isə şərh verə bilmərəm”.

PFL rəsmisinin "Qarabağ"a qarşı hansı cəza tədbiri görüləcəyi ilə bağlı danışmaması başa düşüləndir. Çünki əsasnamənin pozulması ilə bağlı İntizam kodeksi var və bu məsələ haqda AFFA İntizam Komitəsi qərar qəbul etməlidir. Gec də olsa - yalnız çempionatın 15-ci turunda - belə bir problem aşkarlanıbsa, İntizam Komitəsi məsələni araşdırmalı və "Qarabağ"a lazımi cəzanı verməlidir. Çünki təqdim etdiyimiz fotolardan da Matiçin formasında əsasnamənin pozulması açıq-aşkar görünür. Əsasnamədə isə "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq" qeydi var. 

 

Нет описания.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30