16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Sumqayıt”ın “Qarabağ”la 34-cü dueli

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu, tərəflərin cari mövsümdə üçüncü qarşılaşması olacaq.

Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir - 73-17.

Qeyd edək ki, fevralın 19-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30