20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elvin Məmmədov: "Qarabağ" bura təslim olmağa gəlməyəcək"

"Hər oyun kimi, "Qarabağ"la matç da bizim üçün çətin olacaq. Rəqib Azərbaycanın ən güclü komandasıdır. Yaxşı oyun göstərməyə çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən tur derbidə "Neftçi"yə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam klubu meydana daha iddialı çıxacaq: "Düşünürəm ki, oyuna olduqca ciddi yanaşacaq və psixoloji cəhətdən daha hazırlıqlı olacaqlar. Çünki uduzublar və bu dəfə qələbə qazanmaq istəyəcəklər. Hər şeyin fərqindəyik. Baş məşqçimiz də bununla bağlı bizə tez-tez öz tapşırıqlarını verir. "Qarabağ"a yaxşı müqavimət göstərib, yaxşı nəticə qazanmaq istəyirik".

Təcrübəli oyunçu sahkı matça ciddi yanaşdıqlarını söyləyib: "Komandamızın bir ideyası var ki, hər rəqibə qarşı mübarizə aparıb oynamaq lazımdır. Yəni qarşımıza konkret olaraq hansısa yeri tutmaq vəzifəısi qoyulmayıb. Yaxşı oynasaq, nəticə də gələcək. "Qarabağ"da psixoloji gərginlik olduğuna inanmıram. Rəqib Sumqayıta təslim olmağa gəlməyəcək. Əksinə, bütün gücü ilə oynayacaq ki, xal və ya xallar qazansın".

Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30