29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Səfir: “Azərbaycan böyük idman yarışları üçün beynəlxalq məkana çevrilib"

“Azərbaycan və Rusiya arasında hər iki ölkənin münasibətləri üçün xarakterik olan sıx idman əlaqələri qurulub”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın idman nazirinin MDB ölkələrinin səfirləri ilə görüşündə çıxışı zamanı deyib.

Azərbaycan səfiri iştirakçıları MDB-nin yubileyi münasibətilə təbrik edib və Birlik üzvü olan dövlətlərə ümumi məqsəd və vəzifələrə çatmaqda uğurlar arzulayıb. O, Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən ikitərəfli əməkdaşlığı qeyd edib: “Hələ 2018-ci ilin sentyabrında Soçidə dövlətlərimizin hökumətləri arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkənin idman federasiyaları və olimpiya komitələri arasında sıx qarşılıqlı əlaqə həyata keçirilir”.

“Azərbaycan həmçinin Formula 1 Avropa Qran Prisi, cüdo üzrə Dünya Çempionatı, bədii gimnastika üzrə Dünya Çempionatı kimi böyük idman yarışlarının keçirildiyi beynəlxalq məkana çevrilib. 2015-ci ildə Bakı tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etdi. Yarış çox uğurlu alındı, xüsusilə oyunların açılış və bağlanış mərasimləri parlaq təsir bağışladı və yaddaqalan oldu. Bunun sayəsində Azərbaycan inkişaf etmiş idman infrastrukturu yaratdı və Azərbaycan əhalisi arasında əsasən gənclərdə idmana maraq artmağa davam edir”, - səfir sözlərini tamamlayıb (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31