20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Samir Abasov: “Qarabağ”ı təbrik edirəm”

"Sevinməyə 2 gün vaxtımız var. "Qarabağ"ı təbrik edirəm. Hər kəsə nümunədir. Bu komanda ilə oynamaq motivsiyadır. Çətin oyun oldu. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Futbolçularıma təşəkkürümü bildirirəm. Hakimləri təbrik edirəm. Məqsədim onları təzyiq altında saxlamaq idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bu qələbə ilə hələ heç nəyin həll olunmadığını bildirib: "Bu gün fərqli gün idi. Udsaq da, hələ heç nə həll olunmayıb. Digər komandalarla matçlarda xal itirə bilərik. Qarşıda hələ 13 oyun var. Sonadək vuruşacağıq. Bu qələbə stimul olacaq".

Abasov "Zirə" ilə kubok matçına da toxunub: "İkinci oyunda komandam yaxşı oynadı. Mərhələni keçsəydim, nədən danışacaqdılar? Komandamın super oynadığını deməklə futbolçularıma motivasiya vermək istəyirdim. Sadəcə, fikrimin başqa istiqamətə yozulması məni məyus etdi. Məqsəd özümüzü kimləsə müqayisə etmək deyildi".

Baş məşqçi növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçından da söz açıb: "Çətin olacaq, amma əlimizdən gələni edəcəyik. "Qəbələ" yaxşı komandadır. Əsas öz oyunumuza fikir verməliyik. Sabitliyi qorumaq lazımdır".

Təcrübəli mütəxəssis yeni transfer Əhməd Əhmədovdan da danışıb: "Başqa hücumçulara baxırdıq. Əhməd Əhmədovdan söhbət belə getmirdi. Amma digərləri alınmadı. Sonra bu variant çıxdı. Viza məsələsi həll olunan kimi Bakıya gələcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30