20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ayxan Abbasov: “Qarabağ” üçün nələrsə fikirləşəcəyik”

"Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Futbolçular ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal oldular. Nağıyev hücumda uğurlu çıxış edə bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı".

Abbasov yarımfinalda "Qarabağ"la qarşılaşacaqlarını sözlərinə əlavə edib: "İndi çempionata hazırlaşmalıyıq. Rəqibin gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik". (“Report”)

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30