29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ukraynalı qapıçı: "Nuriyev Azərbaycan millisinə xeyir verə bilər"

"Anatoli Nuriyev haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. O, həm yaxşı futbolçu, həm də yaxşı insandır".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Ukraynanın "Minay" klubunun qapıçısı Andrey Popoviç komanda yoldaşı Anatoli Nuriyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

Ukraynalı qolkiperin sözlərinə görə, 25 yaşlı hücumçu yığmaya xeyir verə biləcək səviyyədədir: "Nuriyev fiziki cəhətdən çox güclüdür. Dəqiq pasları var və qüvvətli zərbələrə malikdir. Bu keyfiyyətləri ona hücumçu kimi üstünlük qazandırır. Hesab edirəm ki, milliyə xeyir verə bilər. AFFA-dan təklif gələrsə, mütləq razılaşmalıdır".

"Minay"da oynayan digər həmyerlimiz Rüstəm Əhmədzadə barədə də danışan Azərbaycan millisinin keçmiş qapıçısı onun gənc və perspektivli futbolçu olduğunu söyləyib.

Qeyd edək ki, 2011-2014-cü illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ"də də çıxış edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31