20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi": 1100-cü qol və 200-cü ev qələbəsi

Azərbaycan Premyer Liqasının VI turunun “İnter”lə oyunu “Neftçi” üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 3:1 hesablı qələbə qazanan “ağ-qaralar”ın qarşılaşmadakı 3-cü qolu mövsümdə 10-cu oldu. Bu qolun “Neftçi” üçün həm də tarixi əhəmiyyəti var. Belə ki, 1992-ci ildən indiyədək bütün Azərbaycan çempionatlarında yüksək liqada mübarizə aparan “Neftçi” cari mövsümün startına qədər 1090 qol vurmuşdu. “İnter”lə matçda sonuncu, mövsümdə isə 10-cu olan qol klubun çempionatlar tarixində yubiley - 1100-cü qolu oldu.

Tarixi qol maraqlı alındı. Penalti zərbəsi qazanıldıqdan sonra Flavinyo fərqlənmək imkanını yeni klubunda qol hesabını açmayan Melvin Platyeyə verdi. Hollandiyalı hücumçunun yerinə yetirdiyi 11 metrlik zərbə ilə “ağ-qaralar” 11-ci “100-lüy”ü tamamladı. Platye həm yubiley qolunun müəllifi, həm də komandada qol vuranların siyahısına düşməklə adını tarixə yazdırdı.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları

 

Mövsüm

Vurulan top

Buraxılan top

+:-

-:+

Vurub

Buraxıb

1992

104

23

(2)

-

104

23

1993

39

11

1

-

36

11

1993/94

37

35

-

8

37

11

1994/95

63

14

1

-

60

14

1995/96, 1-ci mərhələ

42

17

-

-

42

17

1995/96, 2-ci mərhələ

18

12

-

-

18

12

1996/97

98

20

-

-

98

20

1997/98

43

23

2

-

37

23

1998/99, 1-ci mərhələ

57

18

1

-

54

18

1998/99, 2-ci mərhələ

11

7

-

-

11

7

1999/2000

35

17

-

1

35

14

2000/01

57

12

2

-

51

12

2001/02, 1-ci mərhələ

34

7

-

-

34

7

2001/02, 2-ci mərhələ

1

0

-

-

1

0

2003/04

65

15

1

-

62

15

2004/05

54

19

1

-

51

19

2005/06

51

16

-

-

51

16

2006/07

47

15

-

-

47

15

2007/08

42

18

1

-

39

18

2008/09

30

21

-

-

30

21

2009/10, 1-ci mərhələ

20

14

-

-

20

14

2009/10, 2-ci mərhələ

5

6

-

-

5

6

2010/11

53

17

-

-

53

17

2011/12

55

30

-

-

55

30

2012/13

59

32

-

-

59

32

2013/14

10

5

-

-

10

5

 

1130

424

10+(2)

9

1100

397

Qeyd: mövsümdən sonrakı ilk 2 sütunda turnir cədvəlində əks olunan topların sayı göstərilib. Burada texniki nəticələr də əksini tapıb. Növbəti 2 sütunda texniki nəticələr qeyd olunub. 1992-ci ildə qeydə alınan 2 texniki qələbə turnir cədvəlində də yazılmayıb. Son 2 sütunda isə vurulan və buraxılan qolların real sayı əks olunub. Bundan başqa çempionatlar ərzində nəticəsi ləğv olunan matçların heç biri qeydə alınmayıb. Yarımçıq qalan 2001/02 mövsümünün nəticələri nəzərə alınıb.

“Neftçi”nin tarixi qolları

 

Tarix

Oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər Sumqayıt

Yunis Hüseynov

100

13.10.1992

İnşaatçı Sabirabad - Neftçi

Samir Ələkbərov

200

22.10.1994

Xəzər Lənkəran – Neftçi

Mais Əzimov

300

18.09.1996

Fərid - Neftçi

Yaşar Vahabzadə

400

27.09.1997

Neftçi – Dinamo

Qurban Qurbanov

500

31.10.1999

Neftçi – Kəpəz

Aleksey Stukas

600

25.11.2001

Xəzər Universiteti – Neftçi

Vadim Vasilyev

700

13.12.2004

Neftçi – Kəpəz

Stenli Udenkvor

800

10.11.2006

Bakı - Neftçi

Aqil Məmmədov

900

22.08.2009

Neftçi - Turan

Adrian Neaqa

1000

04.12.2011

Neftçi - Simurq

Araz Abdullayev

1100

12.09.2013

Neftçi - İnter

Melvin Platye


Qeyd edək ki, “İnter” üzərində qələbə “Neftçi” üçün daha bir yubileylə əlamətdar olub. Azərbaycanın ən titullu klubu ölkə çempionatlarında 200-cü ev qələbəsini qazanıb. 21 illik milli çempionatlar tarixində 291-ci qarşılaşmasına çıxan komanda bu matçadək 199 dəfə qonaqları xalsız qoymuşdu. Öz meydanında 62 heç-heçə edən və 29 dəfə uduzan “Neftçi” 200-cü qələbəsini “İnter”lə görüşdə qeyd etdi. Cari mövsümədək 197 dəfə ev qələbəsi qazanan “Neftçi” öz meydanındakı ardıcıl 3-cü matçda 3 xal qazanmaqla buna nail oldu. Bakılılar çempionatda öz meydanında ən çox qələbə qazanan komandadır.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30