19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Gerye “Qarabağ”dan getdi

"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, onun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Xatırladaq ki, qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu, qış hazırlığını buraxdığı üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş və cərimə olunmuşdu.

Qeyd edək ki, D.Gerye 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ" keçən futbolçunun müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30