26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millət vəkilləri "Kəpəz"in məşqində

Gəncəli millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Gəncə” İdman Klubunun direktoru Elvar Osmanov “Kəpəz”ə baş çəkiblər.

Futbolxeber.az saytının məlumatına görə, məşqdə komanda ilə görüşən qonaqlar ölkə kubokunun 1/8 final mərhələsində “Sabah” üzərində əldə olunan qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar.

“Kəpəz”in Premyer Liqa klubu üzərində qələbəsinin Gəncə futbolunun potensialından xəbər verdiyi, gələcəkdə komandadan daha böyük gözləntilərin olduğu qeyd olunub.

“Sarı-göylər”in adından çıxış edən icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə və kapitan Əli Səmədov xoş sözlərə görə minnətdarlıq edib, bu ziyarətin futbolçulara böyük motivasiya verəcəyini bildiriblər.

Millət vəkilləri komandanın “Keşlə” ilə kubok matçını və I Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını vurğulayaraq mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu ediblər.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30