29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Aftandil Hacıyev: “Belə məğlubiyyəti gözləmirdim”

"Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransına deyib.

O, 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq".

40 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer gözlənilir: "Artıq makedoniyalı oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədir. "Sumqayıt"la oyuna kimi heyətə bir oyunçu qatılacaq. Müdafiə mövqeyinə isə axtarışlar davam edir. Tapmasaq, bu heyətlə davam edəcəyik. Bizi sevindirən odur ki, Ədilxan Qarəhmədov yaxşı oynadı. Nəinki o, digər gənclər də yaxşı təsir bağışladı".

Hacıyev ev oyunlarını keçirdiklərini "ASKO Arena"nın ot örtüyü ilə bağlı problem olduğunu söyləyib: "İnanıram ki, gələcəkdə bütün arenalar təbii ot örtüyü olacaq. Futbolçular üçün çətindir. Bilmirəm nə fikirləşim ki, onları oyuna sağlam çıxarım".

Nikolas Hagenin səhvi barədə də danışan baş məşqçi digər oyunçuların da yaxşı çıxış etmədiyini deyib: "Qapıçı mövqeyi çətindir. Onun səhvlərinin digərlərindən çox olduğunu düşünmürəm. Yaxın zamanda Kamran Ağayevə şans verməyi planlaşdırırıq. Çempionatın sonunadək avrokubok üçün mübarizə aparacağıq. Komandalar arasındakı xal fərqi azdır" (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31