29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin baş məşqçisi: "Səfərə yaxşı nəticə üçün yollanacağıq"

"Püşkdən öncə potensial rəqiblərimizin kimliyini bilirdik. Hər şeyə hazırlıqlı idik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının 1/32 final mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Əyalət təmsilçisi bu raundda Şimali Makedoniyanın "Şkendiya" klubunun müvafiq yaş üzrə komandası ilə qarşılaşacaq. 38 yaşlı mütəxəssis bildirib ki, rəqibin kimliyindən asılı olmayaraq, çətinlik çəkəcəklər: "Bilirsiniz ki, pandemiya ilə əlaqədar Azərbaycanda U-19 liqası keçirilmir, uşaqlar futboldan kənarda qalıblar. Hazırlıq səviyyəsi ilə bağlı problemi aradan qaldırmaq çətin olacaq. Amma bu turnirdə təcrübəmiz var. Komandanı oyuna yaxşı hazırlamağa çalışacağıq".

Xəlilov "Şkendiya" haqqında ətraflı məlumata sahib olmadıqlarını söyləyib: "Potensial rəqiblər arasında "Şerif" də var idi. Bizə tanış komandadır. 2018/2019 mövsümündə onları məğlub etmişdik. "Şkendiya" barədə isə ətraflı məlumatımız yoxdur. Bu gündən rəqibi analiz edəcəyik".

Baş məşqçinin sözlərinə görə, komandası avrokubok matçınadək yoxlama oyunu keçirəcək: "Əksər ölkələrdə çempionat başlayıb, komandalar 7-8 tur oynayıblar. Biz isə sonuncu rəsmi matçımızı ötən ilin martında keçirmişik. Sadəcə bəzi yoxlama görüşlərində qüvvəmizi sınamışıq. Hazırda I Diviziondan "Zaqatala" və "Sumqayıt-2" ilə danışıq aparırıq. Alınsa, onlardan biri ilə oynayacağıq".

Xəlilov pandemiyanın səbəb olduğu səfər məhdudiyyətlərinə baxmayaraq, turnirdə iştirak edəcəklərini vurğulayıb: "Əvvəlcədən söz vermək çətindir. Çünki rəsmi matçlardan öncə koronavirus testindən keçməlisiniz. Onun nəticəsinə uyğun addım atılacaq. Amma 99 faiz deyə bilərəm ki, oynamaq istəyirik. Səfərə yaxşı nəticə üçün yollanacağıq".

Qeyd edək ki, "Şkendiya" - "Qəbələ" görüşü martın 2-si və ya 3-də keçiriləcək. Mərhələ bir görüşdən ibarət olacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31