26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Emin Mahmudov: “Turnir cədvəlində baxmağa nə vaxtımız var, nə də istəyimiz”

“Neftçi”nin kapitanı Emin Mahmudovun müsahibəsi

- İlk pillədə olmaq necədi? Təzyiqi hiss edirsiniz?

 - Hazırda turnir cədvəli vəziyyət barədə düşünmürük. Çünki qarşıda hələ 14 oyun var və hər görüşə ən vacib matç kimi hazırlaşırıq. Başqa sözlə, turnir cədvəlində baxmağa nə vaxtımız var, nə də istəyimiz.

- Baş məşqçi dəyişikliyindən sonra komandaya nə oldu? Yəqin, kapitanın vəziyyətlə bağlı öz baxışı var...

- Bilirsiniz, hər məşqçinin oyuna öz baxışı, taktikası, üstün üslubu var. Biz də öz növbəmizdə baş məşqçinin fikirlərini reallığa çevirməyə çalışırıq.

- Çoxları Samir Abasovun gəlişindən sonra keçirilən qarşılaşmalarda "Neftçi"nin heç vaxt geridə qalan rolu oynamadığını və bu səbəbdən tələsik nəticələr çıxarmağa ehtiyac olmadığını iddia edirdi. Komandanız kifayət qədər əlverişsiz "Səbail"lə görüşdə hesabı 0:1-dən 3:1-ə çevirməyi bacardı. Abasov kimdir, psixoloq, müəllim, dost, qardaş?

- Bəli, bu, futbolda vacib bir məqamdı. Hər zaman istənilən vəziyyətə hazır olmalısan. Çox vacibdi ki, işlər istədiyimiz kimi getmədiyi zaman oyunu çevirə bildik. Samir müəllimin sözləri fasilə zamanı bizə təsir göstərdi.

- Sirr deyil ki, Samir Abasovun gəlişindən əvvəl Emin Mahmudov kölgəsinə bənzəyirdi. Səni yığmaya daha çağırmadılar, bəzən isə hətta öz klubunda da ehtiyatda qalırdın. Son görüşlərdə “Neftçi”nin eyni “hücumun beyin mərkəzini” görməyə başladıq. Mahmudov qüsurları üzərində işlədi, yoxsa praktiki olaraq bütün karyerası ərzində gördüyü işləri meydanda etməyə başladı?

- Sağlam olanda, klubda ehtiyatda oturmadım. Düzdür, qeyd və etiraf etmək lazımdır ki, əvvəllər istədiyim kimi oynamırdım. Düşünürəm ki, indi meydandakı mövqeyim dəyişdi. Əvvəllər tamamilə təmiz dayaq yarımmüdafiəçisi idimsə, indi daha çox hücumameylli oyunçu kimi çıxış etməyə başladım. Sualın ikinci hissəsinə gəlincə, işə münasibətimi dəyişməmişəm. Həmişə çalışıram ki, baş məşqçi məndən nə tələb edirsə, onu maksimum yerinə yetirim.

- Qarşıda “Qarabağ”la oyununuz gəlir. Real qiymətləndirsən, hansı nəticə sizə sərf edəcək?

- "Qarabağ"la görüşədək iki Kubok oyunumuz var idi və indi bütün düşüncələrimiz bu görüşlərlə bağlıdır. Kubokdan sonra “Qarabağ”a hazırlaşmağa başlayacağıq.

- “Neftçi” uzun müddətdir titul qazana bilmir. Azərbaycan Kuboku ilə titula gedən yol daha qısadı. İlk rəqib çempionatda ən yaxın "qonşu"nuz olan "Zirə"di...

- "Zirə" yaxşı təşkilatlanmış komandadır, əks-hücumlara çıxmağı bacarır. Maksimal konsentrasiya olmalı və oyunumuzu rəqibimizə yükləyərək oynamağa çalışmalıyıq.

- Emin, azarkeşsiz oynamaq əlbəttə, xoşagəlməzdi. Amma heç olmasa, virtual dəstəyi hiss edirsiniz. Eyni dərəcədə onların çempionluq aclığını hiss edirsiniz. Kapitanın azarkeşlərə deyəcək bir sözü varmı?

- Əlbəttə ki, azarkeşlərlə oynamaq daha yaxşıdı, bu əlavə məsuliyyətdi. Amma indi əsas olan sağlamlıqdı. İnşallah, yaxın vaxtda stadionda görüşəcəyik və həyat normal məcrasına qayıdacaq (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30