19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz” 2609 günlük həsrətə son qoydu

Azərbaycan Kubokunun son 7 mövsümündə ilk dəfə Premyer Liqa klubu I Divizion təmsilçisinə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, bu, 1/8 finalın “Sabah” - “Kəpəz” oyununa təsadüf edib. 2:1 hesablı qələbə qazanan Gəncə təmsilçisi aşağı liqa təmsilçilərinin həsrətinə son qoyub.

Sonuncu belə hadisə 2013/14 mövsümündə qeydə alınıb. 2013-cü il dekabrın 4-də “Araz Naxçıvan” öz meydanında “Simurq”u mübarizədən kənarlaşdırıb. 2609 gün əvvəlki görüş 2:2 hesabı ilə başa çatıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Meydan sahibləri daha dəqiq olub - 4:2.

Həmin mövsümün digər 5 duelində (ikisi daha tez, biri eyni vaxtda başlayıbsa, ikisi gec start götürüb) Premyer Liqa klubları I divizion komandalarını yarışdan kənarlaşdırıb. 2014/15, 2015/16 mövsümlərində 6, 2016/17, 2017/18 mövsümlərində 8, 2018/19 və 2019/20 mövsümlərində 4, cari mövsümün əvvəlki 3 matçında da eyni hadisə yaşanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30