25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurbanov: "Gerye gəlib ki, getsin də?"

"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah" 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".

Qurbanov yeni təsis olunan Konfrans Liqası barədə də danışıb: "Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var. Bu turniri də gözləmək lazımdır. Bəlkə öz fərqliliyi olacaq. Bizim hər zaman məqsədimiz yuxarı pillə olub. Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".

Baş məşqçinin sözlərinə görə, qışda transfer etmək çox çətindir: "Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil. Bu gün heyətimizdə problemlər var idi. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".

Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".

Mütəxəssis Donald Geryeyə təklif gəlmədiyini söyləyib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir. Gerye gəlib ki, getsin də? (gülür) Gerye ilə bağlı bir xəbər yoxdur. O, hələ İstanbuldadır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30