20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elmar Baxşıyev: "Komandaya iradım yoxdur"

“Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var. Amma bizim də oyunla bağlı planımız var idi. Bunu - düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı. Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik. Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı".

Baxşıyev uduzmasına baxmayaraq, komandaya iradının olmadığını bildirib: "İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm. Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram. Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30