24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimizin üzvü Hollandiya klubuna keçidindən danışdı

"Yenidən Niderlanda qayıtdığım üçün şadam".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü icarə əsasında Niderlandın "Telstar" klubuna keçidi barədə danışarkən deyib.

Türkiyə əsilli yarımmüdafiəçi sözügedən komandanı seçməsinin səbəbini belə izah edib: "Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram. Burada maraqlı 6 ay keçirəcəyəm".

Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb: "Öz klubumda da şans qazanırdım. Amma yenidən buradakı meydançalarda oynamaq üçün "Telstar"ı seçdim. Düşünürəm ki, çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edə bilər. Bu komandaya keçmək düşünülmüş addım idi".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30