29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi: “Qarabağı görməyi çox istəyirəm”

“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Mert, artıq 4 aydır "Neftçi”dəsən. Azərbaycanın ən köklü klubunda özünü necə hiss edirsən?

- Sanki 4 ay deyil, 4 ildir "Neftçi”nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.

- Komandaya, şəhərə tam uyğunlaşa bilmisənmi?

- Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı çox görmək istəyirəm.

- Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də hələ ki "Neftçi” fanatlarını görməmisən. Onlar sənə yazıb, səninlə əlaqə saxlayırlarmı?

- Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. "Neftçi” mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.

- Bu müddət ərzində meydana çıxdığın 6 çempionat oyununda inamlı təsir bağışlamısan. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsən ki?

- Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.

- Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?

- Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.

- Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiz və hər ikisində də start heyətində yer almısan. Öz oyunundan, hazırkı formandan razısanmı?

- Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.

- Qarşıdan "Səbail”lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsən?

- "Neftçi” kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.

- Azərbaycanın U-21 milli komandasının üzvüsən. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olundun. Meydana çıxmasan da, dəvət olunmağın millinin məşqçilər korpusunun diqqətini cəlb etməyin anlamına gəlir. Necə düşünürsən, milliyə yenə çağırılacaqsan?

- Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid eləyirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31