29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

De Byazi Polşa millisində?

Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki Tvitter hesabında yazıb.

O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: "De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb".

O da bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa seçməsi yanvarın 18-də Yeji Brjeçeki istefaya göndərib.

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31