28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Sumqayıt"ın hücumçusu: "Azərbaycandan İrana qayıtmaq ən böyük səhv idi"

"İranda bəzi məsələlər oldu. İndi bu barədə danışmaq istəmirəm. Pandemiya ilə bağlı klubda maliyyə problemi yarandı ki, bu da fikir ayrılıqlarına gətirib çıxardı. Nəticədə yollarımızı ayırmağa qərar verdik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın yeni transfer Mehdi Şərifi İranın "Peykan" klubundan ayrılması barədə danışarkən deyib.

2019/2020 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinmiş 29 yaşlı hücumçu İran futboluna qayıtmasının yanlış addım olduğunu bildirib: "Mənim ən böyük səhvim Azərbaycandan ayrılıb, "Peykan"a qoşulmaq oldu. Halbuki "Sumqayıt"da yaxşı maliyyə şərtləri ilə oynayırdım. Yaxşı ki, səhvimi tez başa düşdüm və daha yaxşı təkliflə "Sumqayıt"a qayıtdım".

Həmyerliləri Əli Qurbani və Höccət Haqverdi ilə eyni komandada çıxış etdiyini xatırladan cənubi azərbaycanlı forvard bunun özü üçün müsbət amil olduğunu söyləyib: "Qurbani "Sumqayıt"da həm özünü yaxşı tərəfdən göstərdi, həm də ölkədə futbol üçün əla şəraitin olduğunu gördü. Haqverdi də mənimlə eyni komandadadır. Bizim eyni klubda oynamağımız yaxşıdır. Bu, daha güclü kollektiv olmağımıza kömək edəcək. Əsas hədəfimiz avrokuboklar zonasına düşməkdir. Ümid edirəm ki, bunun üçün klubda münasib şərait yaradılıb".

Şərifi "Peykan" klubunda baş verənləri yaddan çıxarmaq və formaya düşmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb: "Əvvəlcə fiziki formamı bərpa etməliyəm. "Sumqayıt"a da bunun üçün qayıtdım. Burada hər şeyin düzələcəyinə inanıram. "Sumqayıt"a sonuncu dəfə "Persepolis"dən ayrıldığım vaxt gəlmişdim və fiziki cəhətdən çox yaxşı formada idim. Amma indi vəziyyət başqa cürdür. "Peykan"da başıma gələnlərdən sonra ideal formamı bərpa etmək üçün daha çox çalışmalıyam".

Qeyd edək ki, Mehdi Şərifi "Sumqayıt"la cari mövsümün sonunadək müqavilə imzalayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31