23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Səbail"in qapıçısı: "Hazırda həyatla ölüm arasındayıq"

“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasına dəvət olunmayıb.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşmasıdır.

25 yaşlı qolkiper Puerto-Riko ilə yanvarın 23-də və 26-da keçiriləcək yoldaşlıq görüşlərinə çağırılmayıb. O, ölkəsinin mətbuatına açıqlamasında hazırda bütün diqqətini “Səbail”in oyunlarına yönəltdiyini bildirib:

"Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq.

Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30