25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycanda son 16 ilin rekordu

Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir.

1-ci pillədə qərarlaşan “Neftçi”nin 24, sonuncu olan “Sabah”ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.

Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı.

2016/17 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum - 30 xal ayırıb. 2018/19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.

Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008/09 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan “İnter” (indiki “Keşlə”) 8-ci olan “Standard”ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.

Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu “Qarabağ” 40, 8-ci sıradakı “MKT-Araz” 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30