19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”: 13 tur, 24 futbolçu

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk hissəsində “Qəbələ” 13 oyun keçirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Elmar Baxşıyev bu matçlarda 24 futbolçuya şans verib.

Ən çox matç keçirən oyunçular 12 görüşdə şans qazanıb. Bunlar Yurgen Qoxa, Anar Nəzirov, İdris İnqilablı, Vinko Medimoreç, Nikolas Raysel və Asif Məmmədovdur. Meydanda ən çox vaxt keçirən futbolçu Yurgendir. O, 1061 dəqiqə oynayıb. 24 oyunçudan 14-ü matçların yarıdan çoxunda - ən azı 7 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 8 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Rafael Utziqdir. Braziliyalı legioner 3 dəfə fərqlənib. Asif Məmmədov, Yusif Nəbiyev və Nikolas Raysel hərəyə 2 dəfə rəqib qapısına yol tapıb. Digər 4 oyunçu hərəyə 1 dəfə fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30