18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sabiq “Sumqayıt”lı: "Ailəm yanımda olsaydı, karyeramın sonunadək Azərbaycanda oynayardım"

“İsrailə qayıtdığım üçün peşman deyiləm. Qayıdışımın yeganə və əsas səbəbi ailəmdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bir müddət əvvəl İsrailin “Makkabi” klubundan qalmaqalla ayrılan Azərbaycan milli komandasının və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev deyib.

30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasına qayıtmaq istədiyini bildirib: “Ailəm Azərbaycanda yanımda olsaydı, şübhəsiz ki, orada daha uzun illər və ya karyeramın sonuna kimi oynayardım, Çünki özümü çox yaxşı hiss edirdim. Ümumiyyətlə, karyeramda verdiyim qərarlar üçün peşman deyiləm.

Azərbaycana qayıtmağı düşünürəm? Ailəm buna hazır olsa və yanımda olsa, şübhəsiz ki, Azərbaycana qayıdaram. Əminəm ki, məni orada görməkdən çox məmnun olacaqlar. Hələ də Azərbaycandan olan hər kəslə ünsiyyətdəyəm, onları sevirəm və verdikləri hər şeyə görə çox minnətdaram”.

Qeyd edək ki, Babayev yığmamızla 1 matç keçirib. O, 2018/19-cu illər mövsümündə “Sumqayıt”da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30