19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Mirabdulla Abbasov: "Neftçi"də əvəzolunmaz hücumçu olmaq istəyirəm"

"İstəyimiz qələbə qazanmaq idi. Növbəti 3 xalı əldə etdik və qış fasiləsinə lider olaraq yollandıq. Bunun üçün sevinirik. Soyuq havada oynamağın da çətinliyi var idi. Amma ilk 10 dəqiqədə bir az çətinlik çəkirik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə"ni evdə 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Qarşılaşmada dubla imza atan 25 yaşlı hücumçu vurduğu qollara görə sevindiyini bildirib: "Uzun müddətdir ki, fərqlənə bilmirdim. Ötən tur "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə qol epizodlarım olmuşdu, amma vura bilməmişdim. Bu oyunda isə tilsimi qırdım".

Abbasov komandanın əsas hücumçusu olmaq istədiyini sözlərinə əlavə edib: "Əsas heyətdə daim möhkəmlənmək özümdən asılıdır. Heç kim deyə bilməz ki, ilk "11-lik"də daim qalacağam. Əlimdən gələni edəcəyəm ki, "Neftçi"nin əvəzolunmaz hücumçusu olum".

Forvard baş məşqçi Samir Abasovla daha əvvəl də işlədiyini xatırladıb. O bildirib ki, hücumçu kimi yetişməsində hazırkı baş məşqçilərinin rolu böyük olub: "Samir müəllimlə "Sumqayıt" klubunda birlikdə işləmişəm. Onun mənim üzərimdə böyük əməyi olub. "Neftçi" məni bu komandaya icarəyə vermişdi. Bir mövsüm orada qaldım, məni hücumçu kimi Samir Abasov kəşf edib. Daha əvvəl cinah yarımmüdafiəçisi kimi oynayırdım".

Abbasovun çempionatdakı əsas rəqiblərinin "Qarabağ" olduğunu xatırladıb: "Rəqibimizin gücü hamıya bəllidir. Amma çempion olmağımız realdır. "Neftçi"sevərlər, azarkeşlər və özümüzün gözlədiyimiz çempionluğu yaşamaq istəyirik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30