25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi”nin 9-cu dəfə qış çempionluğu

Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb.

Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir.

“Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Qış çempionları:

1993/94. “Kəpəz”

1994/95. “Neftçi”

1995/96. “Xəzri”

1996/97. “Neftçi”

1997/98. “Kəpəz”

1998/99. “Kəpəz”

1999/2000. “Şəmkir”

2000/01. “Neftçi”

2001/02. “Neftçi”

2003/04. “Neftçi”

2004/05. “Qarabağ”

2005/06.  “Karvan”

2006/07. "Xəzər Lənkəran"

2007/08. "Olimpik"

2008/09. “İnter”

2009/10. “İnter”

2010/11. “Neftçi”

2011/12. “Neftçi”

2012/13. “İnter”

2013/14. “Qarabağ”

2014/15. “Qarabağ”

2015/16. “Qarabağ”

2016/17. “Qarabağ”

2017/18. “Qarabağ”

2018/19. “Neftçi”

2019/20. “Qarabağ”

2020/21. “Neftçi”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30