29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov çempionluq haqda: “Söz verə bilərəm ki...”

"Keşlə”nin baş məşqçisi Yunis müəllimə Allahdan şəfa diləyirəm. İnşallah, tezliklə işinin başına qayıtsın. Matça gəlincə, ilk hissədə rəqib çox sıx oynadı və bizə qol epizodları yaratmaqda problem yaşatdı. Bununla belə, ikinci hissədə istəyimizə nail olduq. Artıq yaxşı istirahət edib, xəstə və zədəlilərimizi sağaldıb fasilədən sonrakı dövrə hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Komandasının hücum xəttindən danışan çalışdırıcı razılığını bildirib: "Hücum xətti təkcə hücumçudan ibarət deyil. Bəzi elementlər var ki, bunu mütləq digər mövqe oyunçuları etməlidir. Bu gün həmin futbolçular və əlimizdəki hücumçular məni tam qane edir. Mirabdulla Abbasov çox iş görür. Bu, onu əsas heyətdə meydana buraxmaq üçün bizə əsas verir. Amma əsas heyətdə qalmaq üçün heç kimə zəmanət yoxdur".

Abasov çempionluq uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "Çempionluq uğrunda mübarizəyə gəlincə, çox yaxşı rəqiblərimiz var. Heç bir komandanı hesabdan silmirik. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Bununla belə, söz verə bilərəm ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31