19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanovdan qələbə şərhi

"Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün "Zirə"yə qalib gəldikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.

Rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqov haqda müsbət fikirlər səsləndirən Qurbanov qarşılaşmadan həzz aldığını bildirib: "Rəşad Sadıqov hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq. Öz futbolçularımı da təbrik edirəm. Bizim üçün də əsəbi oyun idi. Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram"

Q.Qurbanov bu görüşdə "Zirə"nin məğlub olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiyini qeyd edib. O, hətta rəqibin 4:0 hesabı ilə qələbə qazanmasının mümkünlüyünü bildirib: "Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 0:2-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi".

Baş məşqçi komandada qış fasiləsində edilməli olan dəyişikliklər haqda deyib: "Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ ki, heç nə yoxdur".

48 yaşlı mütəxəssis bu mövsüm komandalar arasında güclü rəqabət olduğunu vurğulayıb: "Dekabra kimi bizim üçün heç də asan keçmir. 3 gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də bu mövsüm son turda qalib bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır".

Q.Qurbanov koronavirusa yoluxması haqqında da danışıb: "Mənim üçün çətin keçmədi, eşitdiyiniz simptomlar məndə də var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldan gələndən sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də çox getmək istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız çox görmək istəyirik. İmkanım olan kimi Şuşaya da gedəcəyəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30