25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Visente Qomez: “Müdafiədə xırda və çox sadə səhvlər edirik”

"Uşaqları təbrik edirəm. Bu gün əllərindən gələni etdilər. Oyun bizim nəzarətimizdə idi. Xüsusilə də ilk hissədə kifayət qədər qol imkanları yaratsaq da, bunlardan lazımınca istifadə edə bilmədik. Rəqib isə adi epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Oyunda bir balaca gərginlik, həyəcan yaşansa da, hesabda önə keçməyi bacardıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın 13-cü turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib: "Mövsüm ərzində yaxşı və pis oyunlar oynamışıq. Çatışmazlıq həm müdafiə, həm də hücum zamanı olur. Müdafiədə xırda və çox sadə səhvlər edirik. Bunlar üzərində çalışmışıq. Hücumda da imkanlarımızı dəyərləndirə bilmirik. Hər qış fasiləsində olduğu kimi geridə qalan dövrü təhlil edəcək, sonra qərarlar verəcəyik".

İspaniyalı baş məşqçi Bəxtiyar Həsənalızadənin transferinə münasibət bildirib: "Bəxtiyar bir müddət bizdə məşqlərdə idi. Baxdıq və onunla bağlı müsbət fikirlərim var. Qışdan sonra müdafiədə bizə kömək edəcək".

Qomez transfer büdcəsi barədə danışmaq istəmədiyini deyib: "Hər şeyi təhlil etdikdən sonra qərar verəcəyik. Açığı, hazırkı situasiyanı nəzərə alsaq, transferlər çətin görünür".

Mütəxəssis komandasının turnir cədvəlindəki mövqeyindən narazı olduğunu vurğulayıb: "İspaniyada işim barədə sual versələr, məhz bunu deyəcəyəm. Qayıdandan sonra çalışacağıq ki, problemləri aradan qaldırıb, inkişaf edək. Çox gəzməyi sevən insan deyiləm. Sadəcə, Bakıda olmuşam və burada insanlar çox mehribandır. Burada olmaqdan məmnunam. Koronavirusa görə bütün ölkəni dəyərləndirə bilmərəm. Hər yer bağlıdır. İspaniyada da eyni vəziyyərdir. Sadəcə, getdiyim yerdə qalacağam. Gözlədiyimdən daha səviyyəli çempionatla qarşılaşdım. 1-2 komandanı çıxmaqla, digərlərinin səviyyəsi eynidir. Klubların fərqli oyun tərzləri var, bəziləri müdafiəyə, bəziləri hücuma çox diqqət edir. Açığı, mən İspaniyada, Ukraynada da işləmişəm və Azərbaycan çempionatının oranın səviyyəsinə çatmağına hələ var. Hazırda biz qara zolaqdayıq, ancaq Avropa Liqasına vəsiqə verən yerdən cəmi 3 xal geridəyik. Bu da bizə motivasiya verir. Qışda gücümüzü bərpa edib, daha yaxşı olacağıq" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30