20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: “Əsas istəyimiz rəqibi qaçırtmaq idi”

"Məqsədimiz hazırkı oyunçularla ağlımızı ortaya qoymaq idi. Rəqibi təhlil etməmişdik. Əsas istəyimiz rəqibi qaçırtmaq idi. Top itirdikdə fiziki baxımdan əziyyət çəkirdik. Pandemiya ilə əlaqədar vəziyyətimiz çətin idi. Fəhmin Muradbəyli ilk məşqdə nə günə düşmüşdü. Futbolçularımız ağıl və keyfiyyətlərini ortaya qoydular. Buna görə onlara minnətdaram".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransından deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hücum xəttində problemlərin olduğunu düşünmür: "Bu gün xeyli hücumumuz oldu. Əlimizdəki oyunçular məni razı salır. Rəhbərliklə transfer söhbətimiz olmayıb və heç bir oyunçu istəməmişəm".

Lider olmalarına sevindiklərini deyən Abasov qış fasiləsinə lider kimi yollanmalarının mümkünlüyünü vurğulayıb. O, əlavə edib ki, fiziki hazırlıq məşqçisi ilə müəyyən fikirlərdə uzlaşmadıqları üçün yollar ayrılıb.          

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30