20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Hiss olunurdu ki, “Qarabağ”la layiqli mübarizə aparmaq gücündəyik”

“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir. Çətin olacağını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadır və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar” - deyə o bildirib.

Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb: “Muradov hücumameylli oyunçudur. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır. Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. Çünki “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30