23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elmar Baxşıyev: "Hansısa futbolçunun yoxluğu "Qarabağ"a təsir etməməlidir"

"Hazırda "Qarabağ"la oyunu düşünürük. Həmin qarşılaşmada uğurlu nəticəyə köklənmişik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XII turunda evdə "Qarabağ"la qarşılaşacaqları matç barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis görüşə tam heyətə hazırlaşdıqlarını və bütün oyunçularının test nəticələrinin neqativ olduğunu bildirib: "Zədə ilə bağlı da problemimiz yoxdur. Tam tərkibdə matça hazırlaşırıq. Rəqibdə koronavirusa görə bəzi futbolçular oynamayacaq. Amma onların heyəti genişdir. Hansısa futbolçunun yoxluğu "Qarabağ"a təsir etməməlidir. Biz rəqibdən çox öz oyunçularımızı düşünürük".

Baxşıyev XII və XIII turun arasında az vaxtın olmasına da toxunub: "Belə şəraitdə də oynamışıq. 3-4 gündən bir matçlarımız olub. Bunu normal qəbul etmək lazımdır. Hər bir kollektiv bu praktikanı keçib. Biz təqvimlə bağlı qərarı normal qarşıladıq".

Baş məşqçi təlim-məşq toplanışının hava şəraitinə uyğun Bakıda və ya Qəbələdə baş tutacağını söyləyib.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30