24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında "YAŞAT turu" elan olundu

Peşəkar Futbol Liqası (PFL) birbaşa üzvləri olan Azərbaycan Premyer Liqasının klubları ilə birgə XII turu “YAŞAT turu” elan edib.

Futbolxeber.az saytının qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında qəbul olunub.

Həmin Fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” fondu) yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər.

Qeyd edək ki, XII turun oyunları dekabrın 20-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30