20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qəhrəman Əliyev Masallıda xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan təcrübəli məşqçi Qəhrəman Əliyev yenidən xəstəxanaya yerləşdirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, 61 yaşlı mütəxəssis Masallıda özəl klinikaya yerləşdirilib: "Qəhrəman Əliyevin vəziyyəti stabil-ağırdır. Demək olmaz ki, yaxşıdır. Mən Futbol Veteranları İttifaqının sədri olaraq AFFA-ya maddi dəstək üçün müraciət etmək qərarına gəldim. Bu gün həmin məktubu assosiasiyaya çatdıracağam".

Qeyd edək ki, Qəhrəman Əliyev daha əvvəl Bakıda müalicə olunurdu. O, "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30