23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Bu, mediada əsl problemə çevrildi"

"Çox çətin qrupa düşmüşük. Çünki bu qrupun gücünü yaxşı bilirik. İstəyimizə nail olmaq üçün böyük çətinliklərlə qarşılaşacağıq. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də hər şeyi edəcəyik. Qarşılaşmalarda qalib gəlməyə çalışacağıq. Biz buna cəhd edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi "Zona Gol" şousunda DÇ-2022-nin püşkatmasını dəyərləndirərkən deyib.

O, 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib: "Yenə deyirəm, sözlərim səhv başa düşülüb. Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi. Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur".

Qeyd edək ki, Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Lüksemburqla oyundan (0:0) öncə keçirilən mətbuat konfransında albaniyalı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazandığını bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30