19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

PFL ilin yekunlarına dair videokonfransda iştirak etdi

Peşəkar Futbol Liqası (PFL) Avropanın bir çox ölkələrinin əsas futbol liqaları təşkilatlarının üzvü olduğu Avropa Peşəkar Futbol Liqalarının cari ilin yekununa dair umumi assambleyasının videokonfrans formatlı iclasında iştirak edib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, Avropanın "böyük beşlik" liqalarının da yer aldığı təşkilat milli çempionatlar arasında koordinasiyanın təşkil olunması, oyunların keçirilməsinin inkişafı və peşəkarlığın qazanılması baxımından önəmli bir mərkəzdir. Hər il ənənəvi olaraq 2 dəfə əsasən üzv ölkələrdən birində keçirilən sözügedən iclas bu il COVİD-19 pandemiyası səbəbi ilə onlayn formatda baş tutub.

İclasa başçılığı qurumun hazırkı prezidenti Lars-Krister Ollson edib. Gündəlikdə duran əsas məsələlərin müzakirəsi zamanı UEFA klub yarışlarının gələcəyi, həmçinin, pandemiya dövründə oyunların düzgün təşkil edilməsi üçün təşkilat çərçivəsində üzv liqalar arasında fikir və təcrübə mübadiləsinin bundan sonra da aparılmasının önəmli olduğu vurğulanıb.

PFL futbolun gələcəyi üçün həmrəyliyin vacibliyini, qurumla və digər üzv liqalarla əməkdaşlığın klub futbolunun inkişafına töhfə verdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb və pandemiya ilə bağlı təcrübəsini bölüşüb.

Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqası üzv olaraq təşkilatın işçi qruplarında və aylıq iclaslarında iştiraka bundan sonra da davam edəcək

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30