19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"The Best": De Byazi və Medvedevin seçimləri bəlli oldu

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Canni De Byazi ilə kapitan Maksim Medvedev iştirak ediblər.

De Byazi və Medvedev eyni şəxslərə səs veriblər. Onlar Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi kimi kimi fərqləndiriblər.

Qeyd edək ki, "The Best" mükafatına namizədlərin yekun "3-lüy"ünə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi və Almaniya "Bavariya"sından Robert Levandovski düşüb.

Ən yaxşı baş məşqçi adına namizədlərin qısa siyahısında isə İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flik qalıb.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30