29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Keşlə”nin şikayəti təmin edilmədi, "Neftçi" və "Kəpəz"in isə ...

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncaqda 3 klubun şikayətinə baxılıb və müvafi qərarlar verilib.

“Keşlə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə Premyer Liqanın XI turunda “Sabah”la ev matçında "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması və klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Kəpəz" komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.

I Divizionun VII turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində "Neftçi-2"nin futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.

İntizam Komitəsinin eyni tarixli qərarı ilə VII turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31