23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qrupumuzda yalnız Azərbaycan, Lüksemburq və İrlandiya olsaydı...”

“Bəlkə də bu qrup kənardan mükəmməl görünür. Amma düzünü desək, Portuqaliya ilə qarşılaşmaq bütün komandalar üçün çətindir. Çox güclü kollektivdir”

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin DÇ-2022-dəki rəqibi Serbiya yığmasının çalışdırıcısı Lyubenko Druloviç püşk haqda danışarkən deyib.

52 yaşlı mütəxəssis bildirib: “Portuqaliyanın baş məşqçisi Fernando Santos çox yaxşı təhlil edən biridir. O, bizi yaxşı tanıyır. Buna görə də komandasını matça ətraflı hazırlayacaq. Portuqaliya qrupun favoritidir. Geniş heyətə malikdirlər. Onların tərkibindəki futbolçulardan 2 komanda düzəltmək olar. Ronaldo milli komanda üçün xüsusi oynayır. O, qol və oyun rekordlarını qırmaq üçün mübarizə aparır. İnanın ki, Ronaldo istəyinə çatanadək təslim olmayacaq. Həmçinin Portuqaliya yığmasında  Joao Feliks, Dieqo Yota, Bruno Fernandeş kimi keyfiyyətli oyunçular var. Bu futbolçular Avropanın ən yaxşı komandalarında çıxış edirlər. Ronaldo Santuşun qalib gəlməsi üçün hər şeyi asanlaşdırır”.

O, qrupda ikincilik uğrunda irlandlarla mübarizə aparacaqlarını qeyd edib: “kinci yer uğrunda rəqibmiz İrlandiya olacaq. Əgər qrupumuzda yalnız üç komanda -Azərbaycan, Lüksemburq və İrlandiya olsaydı, işimiz daha asan olardı. İrlandiya bizim üçün çox qeyri-münasib komandadır. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı. Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdur. 2-ci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30