25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Fernando Santuş: “Azərbaycana səfərin tezliklə olmasını istəyirəm”

"Püşklər təhlil üçün yox, oynamaq və qalib gəlmək üçündür. Çətinliklərlə üzləşmək istəmədiyimi üçün yaxş hazırlaşmalıyıq. Çünki Avropa Çempionatının seçmə mərhələsində belə hal yaşadıq - Serbiya və Ukrayna ilə qarşılaşmalarda xal itirdik. Mart ayında oynayacağımız üçün qrafiki də nəzərə almalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya yığmasının çalışdırıcısı Fernando Santuş deyib.

66 yaşlı mütəxəssis qrupu belə dəyərləndirib: “Qrupun ən böyük favoriti Portuqaliyadır. Bu, göz qabağındadır. Serbiya isə əsas rəqibimizdir. Bu komandanın heyətinə baxsaq, görərik ki, Avropanın tatnınmış klublarında çıxış edən bəzi futbolçuları var. Onlar güclü rəqibdirlər.

Bəzi rəqiblərlə az qarşılaşmışıq. Amma onları yaxşı tanıyırıq. Bu, həmin komandaları təhlil etməkdə bizə kömək edə bilər. Mən Azərbaycana səfərin tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna  namizədlərdən olmaq istəyiriksə, bu mərhələni keçməliyik".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.

 

 

         

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30