25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev: "Çempionatı dayandırsaq, fəsadları çox pis olacaq"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin müsahibəsi

- Təxirəsalınma qərarını necə şərh edərdiniz? Planlarınıza necə təsir elədi?

- Komanda olaraq oyuna hazır idik. Bu gün oyunöncəsi son məşqimizi də elədik. Biz tərəfdən heç bir maneə yox idi. Çempionata məsul qurumlar var. Keçən turda özünüz də gördünüz ki, bəzi futbolçularımız bu virusa görə oyunu buraxırdılar.

- İndi əsas müzakirə obyekti bu il üçün qalan 3 turun keçirilb-keçirilməməsi ilə bağlıdır. Sizdə hələ də kubok matçı var. Hazırkı vəziyyətdə çempionatın davamının, yoxsa dayandırılmasının tərəfdarısınız?

- Klub olaraq çempionatın davam etdirilməsini istəyirik. Bunun ona görə tərəfdarıyıq ki, dayanmanın acısını bir dəfə çəkdik. Klublar olaraq futbolsuz qalmaq çox çətindir - həm oyunçulara, həm biz məşqçilərə. Təkrar o duruma düşmək istəməzdik. Əlbəttə, ən yaxşı variant çempionatı sonadək tamamlamaqdı. Klub olaraq biz də dayandıra bilərdik. "Sumqayıt"la həmin matçda 7-dən də çox - 8 futbolçumuz var idi ki, virusa görə komandadan kənarda qalmışdı. Ancaq klub olaraq qərar verdk ki, ertələmək yox, əlimizdə olan futbolçularla davam etmək lazımdı. Onda əlimizdə lap 12-13 futbolçu da olsaydı, çıxışımızın davamını istəyərdik.

- Bu fikirlərinizlə "Qarabağ"ı qınayırsınız?

- Yox-yox. Əsla "Qarabağ"ı qınamaq lazım deyil. Bizə belə danışmaq rahatdır. Çünki tək çempionatda oynayırıq, "Qarabağ" isə Avroliqada da çıxış edir. Onu da nəzərə almaq lazımdır.

- Ümumiyyətlə, əlavə COVİD-19 qaydalarına görə bir komandada bu virus minimum 7 futbolçuda aşkarlananda, matçı təxirə salınmalıdır. Bu sayı nə dərəcədə qənaətbəxş sayırsınız?

- Bunu nəyəsə əsaslanıb tətbiq edirlər? Bu, elə bir şeydir ki, say bu gün 7 nəfərdirsə, sabah baxırsan, həmin say çox da ola bilər, az da. Üzləşdiyimiz reallıqla barışmaq lazımdır. Bu, işlərin bir mərhələsidir. Təslim olub hər şeyi dayandırsaq, bunun fəsadları çox pis olacaq. Xüsusən də futbolçular üçün - 4 ay futbolsuz qaldılar. İkinci dəfə belə bir halın təkrarlanması adamın ağlına belə gəlmir.

- Çempionatın dayandırılmasının tərəfdarları bunu sağlamlığın hər şeydən üstün olmasıyla əsaslandırırlar. Onlara kontur arqument olaraq nə qoyardınız?

- Əlbəttə, arqument budur ki, sağlamlıq olsun. Futbolçu sağlam olmalıdır ki, futbolunu oynasın. Ancaq oturub sırf o sağlamlığı da düşünsək, onda futbol məhv olub gedəcək. Buna görə əlində olan "material"dan maksimum istifadə eləmək lazımdı. Mən belə düşünürəm.

- Sizdə qısa müddətdə sağalma oldu, yalnız Ceyms Adeniyidə bu problem qalıb. Buna necə nail oldunuz? Ayaq üstə dayanmamağın necə mümkün olmasıyla bağlı tövsiyələrinizi çatdırardınız...

- Həkimlərin nəzarətində iş getdi, buna həmin virusa yoluxan futbolçular tam izolyasiya olunmaqla nail olduq. Xəstəliyi ağır keçirmədilər, vəziyyətləri bir həftəyə qaydasına düşdü.

- Adeniyidə vəziyyət necədir?

- Simptomları var, ancaq özünü yaxşı hiss edir.

- Bundan sonra məşq baxımından planlarınızı necə qurmaq fikrindəsiniz? Şənbə-bazar komandanı buraxaraq istirahət, bəs sonra?..

- Əlbəttə, bizə bir plan verməlidir ki, buna uyğun işimizi quraq. Müvafiq qurumlar bunu etməsə, məşqlərin də mənası yoxdur. Bir qərar verilməlidir ki, biz də uyğun hazırlaşaq.

- Bilməlisiniz ki, "Qarabağ"la təxirə salınmış görüşə hazırlaşacaqsınız, yoxsa növbəti turun "Səbail"lə matçına...

- Hər şey veriləcək qərardan asılı olacaq. Bu olmayanda, planları qurmaq da mənasızdır (sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30